Learn only from Professionals! · Bfl-uOGgn7P

Media share TwitterTumblrWordPressFacebookVKontakteGoogle+
Media by Learn only from Professionals! · Bfl-uOGgn7P · Likes: 36 · Posted: 2018-02-24T21:49

Learn only from Professionals!


Şema (Sxema) terapiyası- insanlara ağrı-acı bəxş edən, onların başqaları ilə olan münasibətlərini məhv edən və onları mənalı, xoşbəxt həyat yaşamalarına mane olan xüsusiyyətlərin terapiyasıdır. Şema (Sxema) terapiyası- koqnitiv-davranış, psixodinamik, geştalt-yanaşma və əlaqə nəzəriyyəsini bir nəzəri çərçivədə birləşdirən yanaşmadır. İlk əvvəllər Şema (Sxema) terapiya ənənəvi koqnitiv psixoterapiyanın kömək edə bilmədiyi (müalicə edə bilmədiyi) xroniki depressiv insanlara kömək üçün yaradılmışdır. Lakin, son on il ərzində Şema (Sxema) terapiya xarakter psixoterapiyasının ən effektiv ( təsirli) metodu kimi güclü nüfuz qazanmışdır. Nə üçün Şema və ya "sxem"? Şema (Sxema) anlayışı koqnitiv psixologiya çərçivəsində - psixologiya bölümündə, insanların anlama və düşünmə qabiliyyətlərinin necə işlədiyini öyrənir.Şema (Sxema) -insanların suallar vermədən, intuitiv, avtomatik olaraq inandıqları özü,başqaları və aləm haqda olan əminlik və hislərdir. Biz dünyanı öz sxemlərimizin prizmasından qəbul edirik və burada patoloji heç bir şey yoxdur.Bu, öz təcrübənizi təşkil etmək üçün istənilən insana məxsus olan normal bir haldır.Sxem olmadan, ətrafdakıların və bu barədə nə edəcəyini başa düşmək üçün çox vaxt sərf edəcəkdik. Şema (Sxema) terapiyasının məqsədi - erkən disadaptiv sxemlərin insan həyatına olan təsirinin azaldılmasını və insanın əsas ehtiyaclarının anlamasına və onu ödəməyi öyrənməsinə kömək etməkdir. Şema (Sxem) terapiyası insanlara onların necə düşündüklərini, necə hiss etdiklərini və necə davranmalarını dəyişməyə kömək edir.Bunu etmək üçün müxtəlif psixoterapevtik məktəblərdə işlənib-hazırlanan müxtəlif strategiyaları istifadə edilir.Bəzi strategiyalar düşüncə ilə işləyir və insanların özləri, başqaları, dünyası və ehtiyacları barədə düşüncələrini dəyişməyə yönəldilib.Digər strategiyalar insanın necə hiss etdiyini, emosional yaddaş və təxəyyül ilə işləməyini nəzərdə tutur. Bunun üçün Geştalt terapiyası texnikaları ilə yanaşı Jeffrey Young-ın öz yaratdığı üsullar da istifadə olunur.

#internationalconference

#internationalcertificate

#international

#schematherapy

#schema

#baku2018

#baku

#azerbaijan

#russia

#stpetersburg

#iapd

#isst

#paulkasyanik

#elenaromanova

comments

@sade-motivasyon


Güzel paylasim, elinize saglik

@the_iapd


@sade.motivasyon teshekkur ederiz.yureginize saglik!!!
more media

recent

Media by Yok · BhpFR2ZFduW

Media by Aaron K. Kai · Bho_iMZnTu0

Media by 2501 · BhbOCdsHqie

Media by Weston Shook · BhkRighnNzR

Media by Jeremy Fish · Bhoyf5HgJVv

Media by Wellington Naberezny Sipros · BhZeocQngnw

Media by The Weird · BhhBxGYB_Vb

Media by Tati Suarez · BhkXk5tlEiY

Media by Danilo Limas · Bfek1MkB00w

Media by Difuz · BhgwuwyjnvN

Tweets by ifckrcom
inside, curves, nights, paints, artists, white, scribbles, styles, cities, town, ifckr
to top